"Neftçi"nin futbolçusu kubok qazanıb

"Neftçi"nin futbolçusu kubok qazanıb

“Neftçi”nin icarəyə verdiyi Edson Kastilyo vətəni Venesuelada çempionluq sevinci yaşayıb. SİA-nın məlumatına görə, yarımmüdafiəçi ölkə kubokunun qalibi olub.

Onun şərəfini qoruduğu “Mineyro” həlledici görüşdə “Zamora”nı üstələyib. Səfərdəki ilk matçdan 1:1 hesablı bərabərliklə qayıdan mineyrolular cavab qarşılaşmasında evdə 4:3 hesabı ilə qalib gələrək qızıl medalları boyunlarından asıblar.

Qeyd edək ki, Kastilyonun “Neftçi” ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Elə yarımmüdafiçinin “Mineyro”da icarə müddəti də məhz yayda yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə