“Bakı” Futbol Klubunun fəxri prezidenti gənc futbolçularla görüş keçirib

“Bakı” Futbol Klubunun fəxri prezidenti gənc futbolçularla görüş keçirib

"Bakı" Futbol Klubunun fəxri prezidenti Anar Məmmədov klubun bazasında gənc futbolçularla görüş keçirib. "Bakı"nın mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, ilk öncə "Azercell U-17 liqa"nın açılış turu çərçivəsində keçirilən "Bakı" - "Neftçi" (3:0) qarşılaşmasını canlı izləyən Anar Məmmədov daha sonra 15 və 13 yaşlıların məşq prosesini də izləyib.

Hazırlıq prosesinin ardından isə Anar Məmmədov gənc futbolçularla söhbət edərək, onların durumu, məşqlərdəki və oyunlardakı çıxışları ilə yaxından maraqlanıb və onlara gələcəkdə Azərbaycan futbolunu yüksəklərə qaldırmağı arzu edib.

Sonda isə Anar Məmmədov bazada gedən tikinti işlərindəki son durumla yaxından maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə