Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

Bu gün Topaz Premyer Liqasında II dövrənin, eləcə də 2017-ci ilin son turu start götürəcək. SİA-nın məlumatına görə, 14-cü turun oyunları 3 günü əhatə edəcək.

Açılış oyununda “Qarabağ” öz meydanında “Neftçi” ilə üz-üzə gələcək. Rəqibləri ilə müqayisədə 1 oyun az keçirən “Qarabağ” istənilən halda qış fasiləsinə lider kimi yollanmağı təmin edib.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar keçiriləcək.

Topaz Premyer Liqa

XIV tur
1 dekabr (cümə)


18:30.“Qarabağ” - “Neftçi”
“Azersun Arena”

2 dekabr (şənbə)

14:00. “Kəpəz” - “Sumqayıt”
Gəncə şəhər stadionu

3 dekabr (bazar)

16:00. “Qəbələ” - “Keşlə”
Qəbələ şəhər stadionu

18:30. “Səbail” - “Zirə”
“Bayıl Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 12 10 1 1 22-6 31
2 Qəbələ 13 9 1 3 25-14 28
3 Zirə 13 8 3 2 22-11 27
4 Sumqayıt 13 5 2 6 14-17 17
5 Neftçi 13 5 1 7 17-15 16
6 Səbail 12 4 1 7 9:18 13
7 Keşlə 13 2 2 9 9:21 8
8 Kəpəz 13 2 1 1 10:27 7

Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 8 qol
Mahir Mədətov ("Qarabağ") - 6 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol

Bütün xəbərlər Facebook səhifəmizdə