Məlum olduğu kimi, Azərbaycan - Türkiyə matçının 45-ci dəqiqəsində zədə alan Rail Məlikov meydanı tərk etdi. SİA-nın məlumatına görə, futbolçunun zədəsinin ciddi olduğu məlum olub. Belə ki, dərhal yaxınlıqdakı xəstəxanalardan birinə çatdırılan R.Məlikovun ayaq bağlarının qırıldığı məlum olub. Raili təcili tibbi yardım avtomobili ilə yığma futbolçularının tibbi müayinədən keçdiyi Modern Hospitala aparıblar. Yolda açıqlama verən futbolçu "Özümü nisbətən yaxşı hiss edirəm. Ayağımda ağrılar var. Ağrını kəsmək üçün iynə vurublar", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB