Topaz Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa hakim təyinatı açıqlanıb. PFL-in saytında yer alan xəbərə görə, matçın baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü sabah saat 18:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB