Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. SİA-nın məlumatına görə, kişi şahmatçıların siyahısında Şəhriyar Məmmədyarov müstəqillik tariximizdə ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeysterin aktivində 2799 xal var.
Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç isə 43-cü (2705) pillədə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB