Qus Hiddink: “Azərbaycan millisi qarşıda digər komandalara da sürpriz etsə təəccüblənmərəm”

Qus Hiddink: “Azərbaycan millisi qarşıda digər komandalara da sürpriz etsə təəccüblənmərəm”
Azərbaycan – Türkiyə oyunundan sonra Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink mətbuat konfransında oyun barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi komandasının pis dönəm keçirdiyini qeyd edib. O, oyundan əvvəl futboçularına standart vəziyyətlərdə çox sayıq olmağı tapışdığını, amma onların diqqətsiz davrandıqlarını vuğulayıb. "Qol buraxdığımız epizodda rəqibin üç futbolçusunun topun üzərindən tullanmasına mane olmadılar. Birinci hissədə yaratdığımız qol vəziyyətlərinin heç olmasa birindən istifadə edə bilsəydik, bəlkə də nəticə başqa cür olardı", - deyə Q.Hiddink əlavə edib.
Baş məşqçi ardıcıl iki oyunda məğlub olmağın onu və komandasının bütün üzvlərini məyus etdiyini bildirib.
Q.Hiddink "Azərbaycan millisi qarşıda digər komandalara da sürpriz etsə təəccüblənmərəm. Elə mənim istəyim də budur ki, Azərbaycan millisi digər rəqiblərmizi də büdrətməyi bacarsın".

Bütün xəbərlər Facebook səhifəmizdə