Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər

Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər

Oktyabrın 27-də Serbiyada (Belqrad) WKF (Ümumdünya Karate Federasiyası) versiyası ilə karate üzrə 20-ci dünya çempionatı keçiriləcəkdir. SİA-nın məlumatına görə, yarışlarda Azərbaycan milli yığması da iştirak edəcəkdir.

20 nəfərdən ibarət Azərbaycan yığması turnirə respublika Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə gedəcəkdir. Belqradda 45 ölkədən 500-dən çox idmançı meydana çıxacaqdır.

İyirminci dünya çempionatı oktyabrın 31-dək davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə