Ayxan Abbasov: "Oynamayan futbolçulara daha çox şans verdik"

Ayxan Abbasov: "Oynamayan futbolçulara daha çox şans verdik"

"Qarabağ"la oyundan sonra sıx qrafiklə çalışırdıq. Oynamayan futbolçulara daha çox şans verdik”. SİA-nın məlumatına görə, bu sözləri “Zirə” futbol klubunun baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 finalında “Xəzər”ə qalib gəldikləri oyundan (3:0) sonra deyib.

O, qələbəni belə şərh edib: “İlk yarıda tələskənlik oldu. Hesabı açandan sonra rahatlaşdıq. Rəqib yaxşı müqavimət göstərdi. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, “Zirə” 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə