"Fənərbaxça" "Adana Demirspor"u darmadağın edib

"Fənərbaxça" "Adana Demirspor"u darmadağın edib

Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, "Fənərbaxça" turun ilk matçına çıxıb. İstanbul komandası öz meydanında aşağı liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Fənərbaxça"nın heyətində Alper Potuk het-trik edib. Digər qolları isə Vinsent Yansen, Ahmethan Köşe və Hasan Ali Kaldırım vurub.

Qeyd edək ki, cavab qarşılaşması dekabrın 12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə