"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" futbolçusu Kostas Manolasla yeni müqavilə imzalamaq barədə razılığa gəlib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, yeni müqavilə ilə 26 yaşlı müdafiəçinin təzminat qiyməti 37 milyon avro təşkil edəcək. O, ilinə 2 milyon 800 min avro qazanacaq. İmzalanan müqavilənin müddəti barədə isə məlumat verilməyib.
Qeyd edək ki, K.Manolas bu mövsüm 12 matçda 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB