UEFA-nın İcraiyyə Komitəsi Çempionlar Liqasında qrup mərhələsinin oyunlarının vaxtının dəyişdirilməsini təsdiqləyib. UEFA-nın saytında yer alan xəbərə görə, dəyişiklik 2018/19 mövsümündən etibarən olacaq. Oyunların bir qismi saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da), bir qismi isə 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlaması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda ÇL-in oyunları 20:45-də (Bakı vaxtilə saat 23:45) başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB