Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib. SİA-nın məlumatına görə, Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu qalibi, "Red Bull" komandasının pilotu Daniel Rikkardo "köhlən atlar"ın qonağı olub.
Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən onun adı yazılmış klubun forması hədiyyə olunub. Rikkardo isə daha sonra özünəməxsus ayaqqabıları imzalayaraq Q.Qurbanova təqdim edib. Futbolçularla söhbət edən məşhur pilot bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB