Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.
Səfərdə "Şüvəlan"la qarşılaşan "Səbail" 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
"Keşlə" MOİK-lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. Paytaxt təmsilçisi 1/4 finalda "Kəpəz"lə qarşılaşacaq. Gəncə klubu "Binə"yə 3 qolla qalib gələrək növbəti mərhələdə "Keşlə"yə rəqib olub.
Digər oyunda "Qəbələ" öz meydanında "Mil-Muğan"ı qəbul edib. Roman Qriqorçukun komamdası 8 cavabsız qolla növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, mərhələnin ilk 2 görüşü dünən keçirilib.
Azərbaycan kuboku
1/8 final
29 noyabr (çərşənbə)
16:00. “Sumqayıt” – “Sabah” - 0:0 (Birinci hissə)
Sumqayıt şəhər stadionu
16:00. “Zirə” – “Xəzər” - 0:0 (Birinci hissə)
Zirə İdman Kompleksinin stadionu
13:30. “Şüvəlan” – “Səbail” - 1:2
Qollar: Elvin Həsənəliev, 10 (1:0), Aslan Hüseynov, 60 (1:1), Ayron Stati, 78 (1:2)
“AZAL Arena”
13:30. MOİK – “Keşlə” - 0:3
Qollar: Adrian Skarlatake, 41, Mirsahib Abbasov, 65, Rafael Məhərrəmli, 80
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
13:30. “Kəpəz” – “Binə” - 3:0
Qollar: İlyas Səfərzadə, 65, 71, Şəhriyar Rəhimov, 82
“Dalğa Arena”
14:00. “Qəbələ” – “Mil-Muğan” - 8:0
Qollar: Cavid Hüseynov, 30-pen. Ruslan Qurbanov, 42, Filip Ozobiç, 45+1, Ülvi İsgəndərov, 52, Filip Ozobiç, 58, Ekiqo Ehiosun, 73, Hacıağa Hacıyev, 84, Filip Ozobiç, 85
Qəbələ şəhər stadionu
28 noyabr (çərşənbə axşamı)
“Neftçi” – “Zaqatala” - 5:0
“Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB