Huqo Sançes fransız forvard Kərim Benzama haqqında maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, o, K.Benzamanın "Real Madrid"in nə olduğunu bilmədiyini deyib.
Mövsümün əvvəlindən daima ehtiyat oyunçular skamyasında oturan futbolçunun göstərdiyi nəticələrdən narazı qalan H.Sançes ona qarşı daha bir sərt fikir dilə gətirib. O, Benzamanın komandaya uyğunlaşa biləcəyinə şübhə ilə yanaşdığını deyib.
Qeyd edək ki, ötən mövsüm "Real Madrid"ə transfer olunan 22 yaşlı Benzama bu mövsüm forma geyindiyi 5 liqa matçında 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB