Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma keçiriləcək.

Görüşlərin hamısında Premyer Liqa təmsilçisi I Divizion komandası ilə üz-üzə gələcək. Bu səbəbdən də 1/4 finalın iştirakçılarının yalnız Premyer Liqa təmsilçilərindən ibarət olacağını proqnozlaşdırmaq mümkündür.

Qeyd edək ki, mərhələnin ilk 2 görüşü dünən keçirilib.

Azərbaycan kuboku
1/8 final
29 noyabr (çərşənbə)

13:30. “Şüvəlan” - “Səbail”
“AZAL Arena”

13:30. MOİK - “Keşlə”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

13:30. “Kəpəz” - “Binə”
“Dalğa Arena”

14:00. “Qəbələ” - “Mil-Muğan”
Qəbələ şəhər stadionu

16:00. “Sumqayıt” - “Sabah”
Sumqayıt şəhər stadionu

16:00. “Zirə” - “Xəzər”
Zirə İdman Kompleksinin stadionu

28 noyabr (çərşənbə axşamı)

“Neftçi” – “Zaqatala” - 5:0

“Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0

Bütün xəbərlər Facebook səhifəmizdə