Viktor Oseqeylin zədəsi ciddidir

“Kəpəz”in zədəli futbolçusu Viktor Oseqeylin vəziyyətinə aydınlıq gəlib. SİA-nın məlumatına görə, MRT müayinəsindən keçən hücumçunun ön çarpaz bağında cismi qopma aşkarlanıb. V.Oseqeyl qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək. Onun müalicəsi təxminən ayyarım vaxt tələb edir.

Qeyd edək ki, Viktor Oseqeyl Topaz Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə görüşdə zədələnərək əvəzlənmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə