"Qalatasaray” öz meydanında rəqibini darmadağın edib

"Qalatasaray” öz meydanında rəqibini darmadağın edib

İstanbulun "Qalatasaray” klubu, futbol üzrə Türkiyə kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb. Belə ki, “sarı-qırmızılılar” aşağı liqa təmsilçisi “Sivas Belediyyespor”la qarşılaşıb. Matç “Qalatasaray”ın erkən qolu ilə başlayıb. Uzun müddət qol vurulmayan görüşün son 20 dəqiqəsində azarkeşlər 5 topa şahidlik ediblər.

"Qalatasaray” - “Sivas Belediyyespor” - 5:1
Qollar:
Öztekin, 4 (1:0), Bassan, 70 (2:0), Öztekin, 75 (3:0), Akaydın, 78 (3:1), Gümüş, 87 (4:1), Derdiyok, 90 (5:1)

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü dekabrın 13-ü keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə