"Stok Siti" klubu İngiltərə millisinin sabiq üzvü Piter Krauçla müqaviləni yeniləyib. SİA-nın məlumatına görə, 36 yaşlı forvard 2019-cu ilin yayına kimi anlaşmaya imza atıb.
Krauçun cari müqaviləsi mövsümün sonunda başa çatırdı. O, başla vurduğu qolların və əvəzetmədən meydana daxil olduğu oyunların sayına görə Premyer Liqa rekordçusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB