"Arsenal"ın baş məşqçisi Arsen Venger futbolçuları Məsut Özil və Aleksis Sançesi bu qış satacaqları ilə bağlı yayılan iddialara münasibət bildirib. SİA-nın məlumatına görə, o, hər iki oyunçunun mövsümün sonuna kimi komandada qalacağını deyib: "Onlar komandanın uğurları üçün bütün gücləri ilə oynamalıdırlar. Özil və Sançes çempionatın sonuna kimi "Arsenal"da qalacaq. Bu qərar mövsümün əvvəlindən qəbul edilib".
Qeyd edək ki, M.Özillə "Barselona"nın, A.Sançeslə PSJ-nin maraqlandığı iddia edilir.
Xatırladaq ki, hər iki oyunçunun London klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB