AFFA-nın Fan-klublar üzrə koordinatoru Elnur Məmmədov fan-klubların rəhbərləri ilə görüşüb

AFFA-nın Fan-klublar üzrə koordinatoru Elnur Məmmədov fan-klubların rəhbərləri ilə görüşüb
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Türkiyə oyununda millimizi dəstələyəcək Fan-klubların rəhbərləri ilə AFFA-nın Fan-klublar üzrə koordinatoru Elnur Məmmədov arasında görüş keçirilib. SİA AFFA-nən rəsmi saytına istinadən xəbər verir ki, "İnter", "Neftçi", "Qarabağ" klubunun Fan-klubları, həmçinin "Fırtına", "11-ci sektor", "Azer Fan" və "Xəmsə" Fan-klublarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə millimizin oyununda səsləndiriləcək şüarlar müzakirə olunub, təhlükəsizlik tədbirləri ilə bağlı məsələlər xüsusi vurğulanıb. Qeyd edək ki, Fan-klublar Azərbaycan – Türkiyə oyunu üçün AFFA tərəfindən pulsuz biletlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə