İquainin barmağı qırılıb

"Yuventus" ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın futbolçusu Qonsalo İquain zədələnib. Barmağı qırılan argentinalı forvard bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

29 yaşlı hücumçu "Napoli", "Olimpiakos" "İnter" və "Bolonya" ilə matçlarda "qoca sinyora"ya kömək edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə