"Borussiya" ciddi itki ilə üzləşib

"Borussiya" ciddi itki ilə üzləşib

Almaniya Bundesliqasında çıxış edən "Borussiya" Dortmund ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, Bundesliqanın 13-cü turunda "Şalke"yə qarşı matçda (4:4) zədələnən Mario Qötsenin durumuna aydınlıq gəlib. Almaniya millisinin üzvü 6 həftəlik sıradan çıxıb.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi zədədən bir müddət öncə qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə