"Roma" səfərdə xal itirdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" İtaliya A seriyasında növbəti oyununa çıxıb. Komanda 14-cü turda səfərdə "Cenoa" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Cenoa" - "Roma" - 1:1
Qollar: Stefan El-Şaaravi, 59 (0:1), Qianluka Lapadula, 70-pen (1:1)
Qırmızı vərəqə: Daniele de Rossi, 69 ("Roma")

"Roma" hazırda turnir cədvəlində 31 xalla "Yuventus"la birgə 3-cü, 4-cü pillələri bölüşdürür.

Bütün xəbərlər Facebook səhifəmizdə