Valtteri Bottas Əbu Dabi Qran Prisinin qalibi oldu - FOTOLAR

Valtteri Bottas Əbu Dabi Qran Prisinin qalibi oldu - FOTOLAR

2017 Formula 1 dünya çempionatının son yarışı olan Əbu Dabi Qran Prisinin qalibi müəyyənləşib. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qran Prini “Mercedes”in pilotu Valtteri Bottas (1:34:14.062) birinci yerdə başa vurub. Onun komanda yoldaşı, 2017 Formula 1 dünya çempionatının qalibi Lyuis Həmilton (1:34:17.961) ikinci , “Ferrari”nin sürücüsü Sebastyan Fettel (1:34:33.392) isə üçüncü olub.

S.Fettelin komanda yoldaşı Kimi Rəykkönen (1:34:59.448) Daniel Rikkardo (“Red Bull”) yarışdan kənarda qalandan sonra dördüncü olmağı bacarıb. Maks Ferstappen (“Red Bull” - 1:35:00.331) K.Rəykköneni keçməyə çalışsa da, məqsədinə nail ola bilməyib və beşinciliklə kifayətlənib.

Qeyd edək ki, V. Bottas bu mövsüm üçüncü dəfədir ki, qalibiyyət sevinci yaşayır.

Onu da nəzərinizə çatdıraq ki, yarış zamanı iki pilot mübarizəni erkən dayandırıb. “Renault”un sürücüsü Karlos Saynsın pitə gec getməsinin ardından yarışı 9-cu sırada tamamlayacağına ümid olsa da, sol ön təkərin yerinə bərkidilə bilməməsi səbəbindən o, yarışla erkən vidalaşıb.

“Red Bull”un pilotu Daniel Rikkardo isə baş verən hidravlik problemə görə dördüncü sırada olarkən yarışdan kənarda qalıb.

Elgün Vidadioğlu

Əbu Dabi

Əbu Dabi Qran Prisinin nəticələrini nəzərinizə çatdırırıq:

Pilot Komanda Fərq Xal
01 V. Bottas Mercedes 55 tur 25
02 L. Hamilton Mercedes +3.8 18
03 S. Vettel Ferrari +19.3 15
04 K. Räikkönen Ferrari +45.3 12
05 M. Verstappen Red Bull +46.2 10
06 N. Hülkenberg Renault +85.7 8
07 S. Pérez Force India +92.0 6
08 E. Ocon Force India +98.9 4
09 F. Alonso McLaren + 1 tur 2
10 F. Massa Williams + 1 tur 1
11 R. Grosjean Haas + 1 tur
12 S. Vandoorne McLaren + 1 tur
13 K. Magnussen Haas + 1 tur
14 P. Wehrlein Sauber + 1 tur
15 B. Hartley Toro Rosso + 1 tur
16 P. Gasly Toro Rosso + 1 tur
17 M. Ericsson Sauber + 1 tur
18 L. Stroll Williams + 1 tur
C. Sainz Renault Yarış dışı
D. Ricciardo Red Bull Yarış dışı

Bütün xəbərlər Facebook səhifəmizdə