Əbu Dabi Qran Prisi quru trasda baş tutacaq

Əbu Dabi Qran Prisi quru trasda baş tutacaq

Xəbər verdiyimiz kimi, bu gün 2017 Formula 1 mövsümünün son yarışı olan Əbu Dabi Qran Prisinin əsas mərhələsi keçiriləcək. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, pilotlar bu gün də quru havada mübarizə aparacaqlar.

Artıq iki gündür komandalar sərbəst yürüşlər və sıralama turunda iştirak ediblər. Bu seanslarda havanın istiliyi 26-29 dərəcə arasında dəyişib.

Bu gün isə əsas yarış baş tutacaq. Sinoptiklər pilotların qızdırma dövrələri vuracağı zaman – saat 17:00-da havanın 26 dərəcə isti olacağını bildirirlər. Gün saat 17:33-də batacaq. Yağış yağması gözlənilmir. Yarışın bitməsinə az qalmış istiliyin 1 dərəcə aşağı enəcəyi proqnozlaşırılır.

Elgün Vidadioğlu

Əbu Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə