Lyuis Həmilton: “Bottas məndən yaxşı yarışdı” - AÇIQLAMA

Lyuis Həmilton: “Bottas məndən yaxşı yarışdı” - AÇIQLAMA

“Valtteri Bottas sıralama turunda inanılmaz mübarizə apardı”. SİA-nın Formula 1 üzrə Əbu Dabi Qran Prisinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu yarışın sıralama turundan sonra “Mercedes”in pilotu Lyuis Həmilton komanda yoldaşının göstərdiyi nəticəyə münasibət bildirərkən deyib.

“Yas Marina” trekində gün batımı zamanı keçirilən turda ən yaxşı ilk iki nəticəni “Mercedes”in pilotları V.Bottas və L.Həmilton göstərib. Komanda yoldaşından geri qalan L.Həmilton bu mübarizədə V.Bottasın daha üstün olduğunu etiraf edib: “Mövsümün son sıralama turu idi. Əlimdən gələni etdim. Biraz tempim aşağı düşmüşdü, ancaq Valtteri çox güclü yarışdı və birinci oldu. Ona görə çox sevincliyəm. Bottas bütün sıralama turu ərzində məndən yaxşı yarışdı. Birinci döngədə ondan öndə idim, amma 5 və 6-cı döngələrdə vaxt itirdim. Bütün bunlara baxmayaraq, bu mövsüm sıralama turlarında əla yarışmışam və bundan zövq almışam. Burada çoxlu Britaniya bayrağı gördüm. Azarkeşlərə minnətdarlığımı bildirirəm”.

Elgün Vidadioğlu

Əbu Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə