Serxio Peres: “Bu maşınla yaxşı rəqabət göstərə biləcəyik” - AÇIQLAMA
Formula 1 yarışlarında mübarizə aparan “Force India” komandasının pilotları Serxio Peres və Esteban Okon Abu Dabi Qran Prisində jurnalistlərə açıqlamalarında maşınlarından razı olduqlarını bildiriblər. SİA-nın Abu Dabi Qran Prisinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, S.Peres maşınının yaxşı potensiala sahib olduğunu deyib: “Bu gün hər həftə olduğu kimi, fərqli çalışmalar yerinə yetirdik. Biz fərqli detalları test etdik. Sərbəst yürüşlər sıralama turu və əsas yarışdan fərqli olduğu üçün buradakı nəticələr önəmli deyil. Maşının rəqabətə davamlılığı tam istədiyim kimidir. Uzun davam edən mübarizə zamanı bu maşınla yaxşı rəqabət göstərə biləcəyik. Bəzi işlər görməliyik. Əgər nəzərdə tutduğumuz işləri görə bilsək, sabah yarışa yaxşı vəziyyətdə çıxacağıq”.
E.Okon isə Əbu Dabidə yenidən olmaqdan məmnunluğunu qeyd edib: “Burada olmaqdan şadam. Maşın yaxşı vəziyyətdədir və pilotu da özünü yaxşı hiss etməyə sövq edir. İnkişaf etdirəcəyimiz bəzi sahələr var. Qarşıdakı tapşırığı yaxşı yerinə yetirsək, sabah istədiyimiz yerdə olacağımız barədə optimist düşünürəm”.
Elgün Vidadioğlu
Əbu Dabi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB