Əbu Dabidə F1 yarışında trasa çətir düşdü - Üçüncü sərbəst yürüş

Əbu Dabidə F1 yarışında trasa çətir düşdü - Üçüncü sərbəst yürüş

2017 Formula 1 mövsümünün son yarışı olan Əbu Dabi Qran Prisi öncəsi pilotlar üçüncü sərbəst yürüşü başa vurublar. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu yürüşü də “Mercedes”in pilotu Lyuis Həmilton birinci sırada bitirib. İkinci pillədə Həmiltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü yerdə “Ferrari”nin pilotu Kimi Rəykkönen qərarlaşıb.

Seans başlayan kimi komandaların hamısı ilk dəqiqələrdən trasa çıxıb yürüşə qatılıblar. “Red Bull”un pilotu Maks Ferstappen və “Mercedes”in sürücüsü Valtteri Bottasın bolidi trasdan kənara çıxsa da, onlar heç bir təmas olmadan trekə geri qayıdıblar.

Bu yürüşdə yaşanan ən maraqlı hadisə isə trasa çətirin düşməsi olub. Səkkizinci döngədə trasın tam ortasına çətir düşdüyündən təhlükəsizlik maşını yarışın gedişatına müdaxilə etməyə məcbur olub. Xidməti heyətin nümayəndələri bir neçə dəqiqəyə çətiri trasdan götürüblər və yürüş bərpa olunub.

Elgün Vidadioğlu

Əbu-Dabi

Əbu Dabi Qran Prisinin üçüncü sərbəst yürüşünün nətcələri:

Pilot Komanda Motor Tur Dərəcə Fərq
1 united_kingdom Lewis Hamilton Mercedes Mercedes 19 1'37.627
2 finland Valtteri Bottas Mercedes Mercedes 21 1'37.900 0.273
3 finland Kimi Räikkönen Ferrari Ferrari 22 1'38.157 0.530
4 germany Sebastian Vettel Ferrari Ferrari 22 1'38.174 0.547
5 australia Daniel Ricciardo Red Bull TAG 16 1'38.340 0.713
6 netherlands Max Verstappen Red Bull TAG 14 1'38.587 0.960
7 spain Fernando Alonso McLaren Honda 15 1'39.155 1.528
8 belgium Stoffel Vandoorne McLaren Honda 18 1'39.277 1.650
9 spain Carlos Sainz Jr. Renault Renault 15 1'39.340 1.713
10 mexico Sergio Pérez Force India Mercedes 19 1'39.367 1.740
11 brazil Felipe Massa Williams Mercedes 16 1'39.383 1.756
12 germany Nico Hülkenberg Renault Renault 18 1'39.396 1.769
13 france Esteban Ocon Force India Mercedes 18 1'39.500 1.873
14 denmark Kevin Magnussen Haas Ferrari 19 1'39.831 2.204
15 france Romain Grosjean Haas Ferrari 19 1'40.079 2.452
16 germany Pascal Wehrlein Sauber Ferrari 20 1'40.307 2.680
17 canada Lance Stroll Williams Mercedes 16 1'40.572 2.945
18 france Pierre Gasly Toro Rosso Renault 21 1'40.737 3.110
19 sweden Marcus Ericsson Sauber Ferrari 21 1'40.789 3.162
20 new_zealand Brendon Hartley Toro Rosso Renault 23 1'40.883 3.256

Bütün xəbərlər Facebook səhifəmizdə