Əbu-Dabi Qran Prisinin 2-ci sərbət yürüşündə nələr baş verib? - FOTOLAR

Əbu-Dabi Qran Prisinin 2-ci sərbət yürüşündə nələr baş verib? - FOTOLAR

2017 Formula 1 dünya çempionatının son yarışı olan Əbu-Dabi Qran Prisinin əsas mərhələsindən öncə keçirilən məşq xarakterli 2-ci sərbəst yürüşü “Mercedes”in pilotu Lyuis Həmilton birinci, "Ferrari"nin sürücüsü Sebastyan Fettel ikinci, "Red Bull"un pilotu Daniel Rikkardo üçüncü sırada tamamlayıb. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci sərbəst yürüşdə pilotlar daha uzun müddət trekdə olublar və təkərlərin dözümlülüyünü yoxlayıblar.

Yürüş zamanı bir çox pilotlar müxtəlif prolemlərlə qarşılaşıblar. Onlardan Felipe Massa (“Williams”), Brendon Hartli (“Toro Rosso”), Karlos Sayns (“Renault”) bloklanma ilə üz-üzə qalıblar. Stoffel Vandorn (“McLareen”) və Brendon Hartlinin maşını trasda sürüşərək fırlansa da, onlar heç bir yerə toxunmadan yenidən yürüşə davam edə biliblər.

Qeyd edək ki, 3-cü sərbəst yürüş bu gün saat 13:00-da, sıralama turu isə saat 16:00-da başlayacaq.

Elgün Vidadioğlu

Əbu-Dabi

Əbu-Dabi Qran Prisinin 2-ci sərbət yürüşünün nəticələri:

Pilot Komanda Motor Tur Dərəcə Fərq
1 united_kingdom Lewis Hamilton Mercedes Mercedes 39 1'37.877
2 germany Sebastian Vettel Ferrari Ferrari 37 1'38.026 0.149
3 australia Daniel Ricciardo Red Bull TAG 34 1'38.180 0.303
4 finland Kimi Räikkönen Ferrari Ferrari 35 1'38.352 0.475
5 finland Valtteri Bottas Mercedes Mercedes 33 1'38.537 0.660
6 netherlands Max Verstappen Red Bull TAG 34 1'38.894 1.017
7 mexico Sergio Pérez Force India Mercedes 33 1'39.323 1.446
8 france Esteban Ocon Force India Mercedes 36 1'39.333 1.456
9 germany Nico Hülkenberg Renault Renault 41 1'39.529 1.652
10 spain Fernando Alonso McLaren Honda 28 1'39.559 1.682
11 brazil Felipe Massa Williams Mercedes 36 1'39.635 1.758
12 belgium Stoffel Vandoorne McLaren Honda 31 1'39.671 1.794
13 spain Carlos Sainz Jr. Renault Renault 38 1'40.201 2.324
14 canada Lance Stroll Williams Mercedes 30 1'40.329 2.452
15 france Pierre Gasly Toro Rosso Renault 39 1'40.694 2.817
16 denmark Kevin Magnussen Haas Ferrari 31 1'41.128 3.251
17 germany Pascal Wehrlein Sauber Ferrari 43 1'41.270 3.393
18 sweden Marcus Ericsson Sauber Ferrari 40 1'41.302 3.425
19 new_zealand Brendon Hartley Toro Rosso Renault 39 1'41.496 3.619
20 france Romain Grosjean Haas Ferrari 12 1'41.560 3.683

Bütün xəbərlər Facebook səhifəmizdə