“Kreml kuboku” “hard” örtüyündə başa tutacaq

“Kreml kuboku” “hard” örtüyündə başa tutacaq
Rusiyada "Kreml kuboku" tennis turniri keçiriləcək. SİA-nın məlumatına görə, "Olimpiyski" idman kompleksində baş tutacaq yarış yeni tipli – tünd göy və yaşıl rəngli "RuKortHardTournament" örtüklü kortda keçiriləcək. Xorvatiyanın "Concept-90" şirkəti tərəfindən işlənib hazırlanmış unikal mobil "hard" örtüyü 2010-cu ildən bu turnirin rəsmi örtüyü olub.
"RuKort" seriyasına aid olan bu örtük unikal innovasiya texnologiyalarından istifadə edilməklə yaradılıb. Devis Kuboku və Federasiya Kuboku matçları həmin örtük üzərində keçirilib.
2002-ci ildən İTF Foundation üzvü olan "Concept-90" şirkəti Azərbaycan, Rusiya, Qazaxıstan və Latviya tennis federasiyalarının rəsmi tərəfdaşı, eləcə də Serbiya, Rusiya və Xorvatiya tennis federasiyaları üçün örtük tədarükçüsüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə