Üçüncü nəticə: İkinci dəfə məğlubiyyətsiz, super müdafiə - STATİSTİKA
Unibank Premyer Liqasının 2010/11-ci il mövsümü hələ cəmi 1/4-lik bölümünü arxada qoyub. Buna baxmayaraq təqvim komandaları ikinci dəfə fasiləyə çıxmağa vadar edib. SİA-nın məlumatına görə, "Xəzər Lənkəıran" klubunun rəsmi saytına yer alan xəbərə əsasən, 32 turluq marafonun I rübünə, yəni 1/4 hissəsinə nəzər salıb "Xəzər Lənkəran"ın göstəricilərinə müəyyən qiymət vermək olar. Hər halda, hazırda Türkiyədə təlim-məşq toplanışında olan cənub təmsilçisinin əvvəlki illərlə müqayisədə ilk 8 turda necə oynamağı az maraq doğurmur.
Mirça Rednikin yetirmələri arxada qalan 8 oyunda komandanın hesabına 18 xal yaza biliblər. Bu əvvəlki 6 mövsümün nəticələri ilə müqayisədə 3-cü nəticədir. Komanda ardıcıl 2 dəfə - 2007/08 və 2008/09 mövsümlərində daha yüksək nəticəyə imza atmışdı. Lakin həmin möhtəşəm startlar da çempionluq üçün yetərli olmamışdı.
Bu il "Xəzər Lənkəran" ilk 8 turu məğlubiyyətsiz başa vurub. Bu, 2007/08 mövsümündəki startı xatırladır. Yəni, onda da komanda startdakı 8 matçda heç kimə qələbə sevinci yaşamağa imkan verməmişdi.
Hazırkı məhsuldarlıq 7 mövsüm sırasında yalnız 5-ci göstərici olsa da, komanda müdafiədəki etibarlılığa tarix boyu həsəd apara bilər. Cənub təmsilçisi əvvəlki 7 mövsümün ilk 8 turunda ən azı 3 top buraxıb. İndi isə bu nəticə 3 qat yaxşılaşdırılıb. Yəni, "Xəzər Lənkəran"ın ikinci dəfə məğlubiyyətsiz qət etdiyi 8 turluq bölüm super müdafiə ilə əlamətdardır.
Qeyd edək ki, komanda heç də həmişə 8-ci oyununu elə 8-ci turda keçirməyib. Bəzən təxirə salmalar üzündən 8-ci matç sonrakı turlarda baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB