Respublika oyunlarında basketbol yarışlarının final mərhələsinə start verilib

Respublika oyunlarında basketbol yarışlarının final mərhələsinə start verilib

Şəmkir Olimpiya İdman Kompleksində yeniyetmə qızların VII Respublika Oyunları çərçivəsində basketbol yarışlarının final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, 1996-1998-ci il təvəllüdlü qızların qatıldığı yarışlarda regionlar üzrə keçirilən birinciliklərin qalibi olan Gəncədən 2 komanda, Bakı, Sumqayıt, Mingəçevir şəhərlərinin, Cəlilabad və Qaradağ rayonlarının hərəsindən 1 komanda iştirak edir.
İki yarımqrupda dairəvi sistem üzrə keçirilən birinciliyin ilk görüşündə "Gəncə Telekom" komandası Bakının "Telekom" komandasına 4:48 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə