19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. SIA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız portuqaliyalı həmyaşıdları ilə qarşılaşıb. 28-ci dəqiqədə Mirhüseyn Seyidov hesabı açıb. 48-ci dəqiqə Tural İsgəndərov komandamızın üstünlüyünü 2 topa çatdırıb. 78-ci dəqiqədə isə Ruben Pintu buraxılan qollardan birinin əvəzini çıxıb. Hakimin final fitinə 3 dəqiqə qalmış Bruma hesabı bərabərləşdirib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, yığmamız AÇ-nin seçmə mərhələsində növbəti oyununu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 20:00-da Yunanıstan komandasına qarşı keçirəcək.
Qeyd edək ki, yığmamız AÇ-nin seçmə mərhələsində növbəti oyununu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 20:00-da Yunanıstan komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB