Tokionun "Metropolitan gimnasium" kompleksində bədii gimnasitka üzrə "Aeon Cup" klubları arasında növbəti qeyri-rəsmi dünya çempionatı başa çatıb.
SİA-nın məlumatına görə, yarışlarda 14 komanda – Yaponiya, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Çexiya, Bolqarıstan, Macarıstan, İtaliya, Niderland, Norveç, Türkiyə, İsrail və Tailand nümayəndələri iştirak ediblər.
Seniorkaların (yaşlı gimnastların) turnirində Azərbaycan komandasını Aliyə Qarayeva və Anna Qurbanova, yuniorların yarışlarında isə Lalə Yusifova təmsil edib.
Komanda birinciliyində Rusiyanın "Qazprom" komandası çempion olmuşdur. İkinci yeri Minskin "Dinamo", üçüncü yeri isə Ukrayna komandası tutub. Bədii gimnasitka üzrə dünya miqyaslı yarışların təqvimində ən yaxın turnirlər oktyabrın 14-dən 18-dək Çexiyanın Brno şəhərində Qran-prinin yekun mərhələsi və noyabrın əvvəllində Almaniya paytaxtında keçiriləcək "Berlin Masterss" Qran-prisinin final turniri olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB