Qol güləşi üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilib

Qol güləşi üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən 48 nömrəli orta məktəbin idman zalında 45 idmançının iştirakı ilə qol güləşi üzrə Bakı şəhər kuboku uğrunda yarış keçirilib.

SİA-nın məlumatına görə, turnirdə Akif Vəliyev (55 kq), Ümid Quliyev (60 kq), Sərxan Babaxanov (65 kq), Nadir Əzizbəyli (70 kq), Ənvər Hüseynov (75 kq), Əhməd Şıxəliyev (80 kq), Şafeh Vazehi (85 kq), Ramiz Məmmədov (90 kq), Şərif İsmayılov (100 kq), Kamran Qurbanov (110 kq) və Şükran Soltanov (110 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə