Berti Foqts: "Futbolçularımızın evdə keçirdiyimiz oyunda özlərini rahat hiss etmələrini istəyirəm" - MÜNASİBƏT
Bu gün "Aeroport" oteldə təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyə yığması ilə keçiriləcək oyun barədə fikirlərini bildirib. SİA AFFA-nın rəsmi saytına istinadən baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Sabah Avropa çempionatının seçmə mərhələsinin ilk ev oyununa çıxacağıq. Səfərdə keçirdiyimiz oyunlarda azarkeşlərin öz komandalarını necə dəstəklədiklərini hamı gördü. Fürsətdən istifadə edib azarkeşlərə müraciət edirəm ki, sabahkı oyunda futbolçulara yardımçı olsunlar. Futbolçularımızın evdə keçirdiyimiz oyunda özlərini rahat hiss etmələrini istəyirəm. Bu cür oyunlarda tribunaların dolması çox vacibdir. Almaniya və Avstriya yığmalarına uduzmağımıza baxmayaraq, milli komandada inkişaf görürəm. Nəzərə almaq lazımdır ki, həmin oyunlarda 3 futbolçumuz oynamayıb. Ümid edirəm ki, komandam doğma meydanda Türkiyə millisinə qarşı gözəl oyun nümayiş etdirəcək. Bunun üçün AFFA rəhbərliyi komanda üçün hər cür şərait yaradıb. Türkiyə futbolu da 20 il bundan əvvəl belə vəziyyətdə idi. Onlara futbolun inkişafında almaniyalı mütəxəssis yardımçı olmuşdu. 20 ildən sonra Türkiyə dünyada 20 ən güclü komandadan biridir. Belə inkişaf üçün, sözsüz ki, Türkiyədəki kimi, zamana ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB