Rəşad Sadıqov: “Ola bilər, sabah Türkiyə ilə oyunda meydanda sərtlik olsun”
"Türkiyə millisi ilə oyuna tam başqa əhval-ruhiyyə ilə hazırlaşırıq. İstəyirik ki, iki məğlubiyyəti azarkeşlərimizə unutduraq". SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan milli komandasının üzvü Rəşad Sadıqov "Aeroport" oteldə təşkil olunmuş mətbuat konfransında deyib. O, matçda kobudluq olmamasını istədiyini, ancaq hamının Azərbaycan millisinin sərt oyuna üstünlük verdiyini, Türkiyə yığmasının da sərt oyunnu sevdiyini bildiyini qeyd edib: "Ola bilər, sabah Türkiyə ilə oyunda meydanda sərtlik olsun. Ancaq istəmərik ki, bu kobudluğa çevrilsin. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun nümayiş etdirək. Bu oyun futbolçularımıza özlərini göstərmək üçün yaxşı fürsətdir. Qarşıda qış transfer pəncərəsi var. Ola bilər ki, hansısa Türkiyə klubunun maraq dairəsinə düşə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB