Devran Ayhan: ""Qarabağ"ın heyətində oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm"

Devran Ayhan: ""Qarabağ"ın heyətində oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm"
"Qarabağ" klubu hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməyən komanda əvəzedici heyətdən dəvət etdiyi futbolçuların da xidmətindən yararlanır. Suraxanı qəsəbə stadionunda çalışan komandada zədəlilərin durumu düzəlməkdədir. Ayxan Abbasov artıq çalışmalara başlayıb. Avqustun sonunda Ağdam təmsilçisinə qoşulan Devran Ayhan isə hələ də rəsmi oyunlarda komandanın heyətində debüt edə bilməyib. Qeyd edək ki, mövsümöncəsi hazırlıq keçməyən yarımmüdafiəçi sonradan zədələnmişdi. Türkiyəli futbolçu klubun rəsmi saytına açıqlamasında artıq hazır olduğunu bildirib: "Məlum olduğu kimi, mövsümöncəsi hazırlıqlara qatıla bilməmişdim. Təbii ki, bu da hazırlığıma təsir etmişdi.  Sonradan formaya düşənə yaxın daha bir şanssızlıq yaşadım və zədələndim. Allaha şükür olsun ki, artıq sağalmışam. Komanda ilə məşq edirəm. Öz zamanımı gözləyirəm. Qurban hoca hər zaman mənim durumumla maraqlanır, özümü hazır sayıb-saymadığımı soruşur. İnşallah, özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. "Qarabağ"ın heyətində oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. "Qarabağ"ın uğurlarında pay sahibi olmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə