Nazir müavini Rusiya prezidenti tərəfindən mükafatlandırıldı

Nazir müavini Rusiya prezidenti tərəfindən mükafatlandırıldı

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən xüsusi diplomlarla təltif olunublar. Bunu SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

O bildirib ki, İ.İsmayılov və İ.Hacıyeva MDB-yə üzv ölkələr arasında gənclər və idman sahələrində əməkdaşlığın daha sıx şəkildə qurulması və inkişaf etdirilməsi istiqamətində apardıqları yüksək fəallıqlarına görə Rusiya Prezidenti tərəfindən təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə