“Real Madrid”dən futbolçular üçün göz qamaşdıran mükafatlar

“Real Madrid”dən futbolçular üçün göz qamaşdıran mükafatlar

"Real Madrid" klubu 2010-2011-ci il mövsümü üçün futbolçulara veriləcək pul mükafatlarının məbləğini açıqlayıb. SİA-nın məlumatına görə, komanda ölkənin birinci futbol liqası sayılan La Liqada çempion olacağı təqdirdə futbolçuların hər birinə 360 min avro ödəniləcəyi bildirilib. "Real" Çempionlar Liqasında çempion olsa hər bir oyunçu əlavə olaraq 575 min avro, Avropa Kubokunun sahibi olacağı təqdirdə isə hər oyunçu  935 min avro qazanacaq.
Xatrıladaq ki, ötən Çempionlar Liqasında İtaliyanın "İnter" klubu qalib olduğuna görə, hər bir oyunçusuna 1 milyon Avro pul mükafatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə