“Beşiktaş” öz meydanında xal itirdi

“Beşiktaş” öz meydanında xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında XII tura start verilib. Turun ilk oyununda “Beşiktaş” öz meydanında “Akhisar”ı qəbul edib. Bir çoxları bu qarşılaşmada favorit kimi İstanbul nəhəngini göstərsələr də, nəticə gözlənilənin əksi olub.

Belə ki, "Beşiktaş" 90 dəqiqə ərzində görüşdə üstün tərəf olsa da, rəqib qapısına yol tapa bilməyib. Həttda meydan sahibləri rəqib qapısına təyin olunan 11 metrlik cərimə zərbəsindən belə faydalana bilməyiblər. Rikardo Quaresma təyin olunan penaltini qola çevirə bilməyib. Beləliklə, tərəflər meydanı qolsuz bərabərliklə tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə