Cüdo üzrə qadınlar arasında Dünya Kuboku yarışları başa çatıb

Cüdo üzrə qadınlar arasında Dünya Kuboku yarışları başa çatıb

Bakıda keçirilən cüdo üzrə qadınlar arasında Dünya Kuboku yarışları başa çatıb. SİA-nın məlumatına görə, yarışın son günü mübarizəyə Azərbaycan idmançılarından Bahriyyə Hüseynova, Leyla İsgəndərli (hər ikisi 70 kq), Fəridə Qurbanova (78 kq) və Gülnarə Əsədova (78 kq-dan yuxarı) qatılıblar. Təəssüf ki, heç bir təmsilçimiz yarışda yüksək nəticə göstərə bilməyib.

70, 78 və 78 kq-dan yuxarı çəki dərəcələrində qızıl medallara müvafiq olaraq kanadalı Kelita Zupancic, ukraynalı Anastasiya Matrosova və türkiyəli Zəhra Bəlkəz Qaya layiq görülüb.

Xatırladaq ki, yarışda iştirak edən 16 idmançımızdan cəmi biri - Kifayət Qasımova bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə