Bakıda keçirilən cüdo üzrə dünya kuboku uğrunda yarışların ilk günü başa çatıb

Bakıda keçirilən cüdo üzrə dünya kuboku uğrunda yarışların ilk günü başa çatıb

Oktyabrın 9-da Bakı İdman Sarayında qadınlar arasında cüdo üzrə dünya kuboku uğrunda yarışların ilk günü başa çatıb. SİA-nın məlumatına görə, bu gün 48, 52, 57 və 63 kq çəki dərəcələrində cüdoçular mübarizə aparıblar.

Yarışda Olqa Suxa (Ukrayna, 48 kq), Aynur Samat (Türkiyə, 52 kq), Yulietta Boukouvala (Yunanıstan, 57 kq) və Alise Şlesinger (İsrail, 63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirdə 57 kq çəki dərəcəsində mübarizədə Azərbaycan cüdoçusu Kifayət Qasımova ukraynalı rəqibi Aleno Saykonu məğlub edərək bürünc medal qazanıb.

Xatırladaq ki, dünya kuboku yarışları 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Yarışın qalibi 100, 2-ci yeri tutan 60, 3-cü yerin sahibi isə 40 xal qazanacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə