Türk azarkeşlər: “Məsud Özil, sən bir vatan hainisin”

Türk azarkeşlər: “Məsud Özil, sən bir vatan hainisin”
Almaniya milli komandasının formasında ilk dəfə olaraq Türkiyə yığmasına qarşı oynayan gənc futbolçu Məsut Özil Türkiyə azarkeşləri tərəfindən vətən xaini adlandırılıb. SİA-nın məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Almaniya - Türkiyə matçında Mesut hər dəfə topa yiyələnəndə stadionda olan türk azarkeşlər futbolçunu fitə basıblar. Məsut Türkiyə yığmasının qapısına yol tapandan sonra isə etiraz səsləri daha da çoxalıb. Tribunada olan azarkeşlər əvvəlcədən hazırladıqları, üzərinə "Məsud Özil, sən bir vatan hainisin" yazılmış plakatlar qaldırıblar. Futbolçu oyunun 79-cu dəqiqəsində Türkiyə millisinin qapısına qol vurduqdan sonra isə sevinməyib. O, sadəcə olaraq komanda yoldaşalrının təbriklərini qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə