Berti Foqts: "Avstriya yığması layiqli qələbə qazandı"

Berti Foqts: "Avstriya yığması layiqli qələbə qazandı"

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Avstriya – Azərbaycan oyunu barədə millimizin baş məşqçisi Berti Foqts fikirlərini bildirib. SİA AFFA-nın rəsmi saytına istinadən baş məşqçinin fikirlərini nəzərinizə çatdırır:  "Rəqibi təbrik edirəm. Avstriya yığması layiqli qələbə qazandı. Müdafiədəki səhvlərimizdən istifadə edib, qol vurdular. Bilirdik ki, meydan sahibləri standart vəziyyətlərdən fərqlənməyi bacarırlar. Hesabı erkən açdılar, ikinci qolu isə hücuma atılanda buraxdıq.

Mən öz komandama inanıram. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Amma bunu bacarmadıq.

Penalti epizodu haqda danışmaq istəmirəm.

Vaqifin ayağında yüngül ağrı vardı. 4 gün sonra Türkiyəyə qarşı oynayacağıq. Buna görə də onu əvəzlədim".

Bütün xəbərlər Facebook səhifəmizdə