Almaniya Türkiyə millisinin qapısından 3 cavabsız top keçirib

Almaniya Türkiyə millisinin qapısından 3 cavabsız top keçirib

Bu gün AÇ-2012-nin seçmə mərhələsində 3-cü turun oyunları keçirilib. SİA-ın məlumatına görə, millimizlə yanaşı, qrupunda yer alan digər yığmalar da öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Son iki dünya çempionatının bürünc mükafatçısı olan Almaniya yığması qardaş ölkə - Türkiyə millisi ilə münasibətlərinə aydınlıq gətirib. Doğma meydanda "ay-ulduzlular"a 3 cavabsız qol vuran Bundestim rahat qələbəyə sevinib. Elə Belçika da Qazaxıstan səfərindən çətinlik çəkmədən 3 xalla qayıtmağı bacarıb.

A qrupu

8 oktyabr

21:00. Qazaxıstan - Belçika - 0:2

QOLLAR: Oqunjimi, 52 (0:1). Oqunjimi, 70 (0:2).

Matçın 68-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Kislitsin qırmızı vərəqə alıb.

23:45. Almaniya – Türkiyə - 3:0

QOLLAR: Kloze, 42 (1:0). Özil, 79 (2:0). Kloze, 86 (3:0)

Bütün xəbərlər Facebook səhifəmizdə