Bu gün futbol üzrə yığmamız AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, ilk oyununu səfərdə Almaniyaya qarşı keçirən və biabırçı məğlubiyyətə (1:6) uğrayan millimiz ikinci oyununu da rəqib meydanında keçirib. Bu dəfəki rəqib isə Avstriya millisi olub. İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri künc zərbəsi zamanı Prödlin dəqiq baş zərbəsilə hesabı açıb.
Fasiləyə 1-0 üstün çıxan ev sahibi komanda ikinci hissəyə də hücumlarla başlayıb. Arnautoviç oyunun 53-cü dəqiqəsində komandasının üstünlüyünü 2 topa çatdırıb.
Oyun ərzində heç nə ilə yadda qalmayan millimiz 90-cı dəqiqədə qapısında daha bir top görüb- 3:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB