“Çelsi” Bakıda qalacağı oteli müəyyənləşdirib

“Çelsi” Bakıda qalacağı oteli müəyyənləşdirib

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Çelsi” ölkəmizdə seçimini edib. SİA-nın məlumatına görə, dünya şöhrətli komanda Bakıda qalacağı oteli müəyyənləşdirib.

Belə ki, ulduzlar toplusu “Hilton” oteldə məskunlaşmağı üstün tutub. Maraq üçün bildirək ki, "Roma" və "Atletiko" "Abşeron"da məskunlaşmışdı.

Qeyd edək ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə