Formula 1 üzrə Braziliya Qran Prisində təşkilatçılar təhlükəsizlik tədbirləri görmələrinə baxmayaraq, həftəsonu bir neçə oğurluq hadisəsi baş verib. SİA-nın məlumatına görə, cümə axşamı (9 noyabr) “Mercedes” komandasının heyəti quldurların hədəfi olub. Bundan sonra təşkilatçılar təhlükəsizlik çalışmalarını daha da gücləndirəcəklərinə söz veriblər.
Ancaq sözügedən hadisədən 48 saat sonra “Pirelli” şirkətinin əməkdaşlarının istifadə etdiyi avtomobil hədəfə alınıb. Quldurlar avtomobili ələ keçirmək üçün hücum ediblər. Şirkət işçiləri təsadüf nəticəsində avtomobillə qaçmağı bacarıblar.
Yarış iştirakçılarında Braziliya Qran Prisinin təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb.
Qeyd edək ki, burada indiyə qədər “Mercedes”, “Williams” və “Sauber” komandaları soyulublar.
Bu həftə Braziliyada “Pirelli” şirkətinin təşkil edəcəyi təkər testi üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB